Türkiyə-İngiltərə: Hesabat ortalığı qarışdırdı




İngiltərə parlamentinin Birləşmiş Krallıq – Türkiyə münasibətlərinə dair yayımladığı hesabat rəsmi Ankaranın narazılığına səbəb olub.

Cebhe.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hesabatda Birləşmiş Krallıq – Türkiyə münasibətlərinə dair məlumatlar, həmçinin keçən ilin iyulunda fətullahçı terror təşkilatı FETÖ-nün çevriliş cəhdləri yer alıb.

FETÖ-nün 15 iyul hərbi çevriliş cəhdinə hesabatda geniş yer verilib. İngilis parlamentarilər darbədə FETÖ üzvlərinin yer aldığını qəbul etsələr də bu cəhdin təşkilat lideri Fətullah Gülən tərəfindən edildiyinə dair kifayət qədər dəlilin olmadığını bildiriblər. Hesabatda “FETÖ”, “Paralel şəbəkə” və “Hizmət” ifadələrinə ümumiyyətlə, yer verilməyib. Burada darbəçilər “gülənçilər” adlandırılıb. Çevriliş cəhdinin içində “gülənçi” zabitlərin yer aldığının qəbul edildiyi hesabatda eyni zamanda mövcud Türkiyə hökumətinin vaxtilə bu strukturla işbirliyində olduğuna diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu