ABŞ-da B61-12 nüvə bombasının partlayıcısız sınağı keçirilib




Amerika HHQ-i partlayıcı qoyulmayan B61-12 nüvə bombasının sınaqdan keçirib.



AFN Lenta.ru saytına istinadla xəbər verir ki, nüvə bombası Nevada ştatındakı Nellis poliqonunda sınaqdan keçirilib.
Təkmilləşdirilmiş V61 bombalarının ilk variantının sınağı, bu nüvə silahının F-16 təyyarələri tərəfindən daşına bilməsini nümayiş etdirmək olub.
Sınaq bu seriyadan olan silah arsenalından istifadə müddətinin artırılması proqramı çərçivəsində həyata keçirilib. B61-12 ABŞ-ın nüvə arsenalında olan B61-in modifikasiya edilmiş dörd variantını əvəz etməlidir.
B61-12 bombası 1968-ci ildə hərbi arsenala qəbul edilmiş B61 taktiki nüvə aviasiya bombasının modifikasiya edilmiş idarə oluna bilən variantının ilk versiyasıdır. Güman edilir ki, bu bombaların modifikasiya edilmiş son variantı, ABŞ HHQ-də əvvəlki nəsil bombaları əvəz edəcək. 2020-ci ildən sonra isə bu bombalar Avropada yerləşdiriləcək və B61 ailəsindən olan köhnə versiyaları əvəzləyəcək.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu