Suriya ordusunun keçmiş generalı ölkə rəhbərlərini ittiham etdi




Bu ölkə ordusunun əlində hələ də kimyəvi silahlar qalıbmış



Keçmiş general Zaher as-Sakat bildirib ki, Suriya hakimiyyət dairələri beynəlxalq təşkilatlardan kimyəvi silah ehtiyatlarının bir hissəsinin mövcudluğunu gizli saxlayıb.
AFN xəbər verir ki, bu haqda general The Telegraph qəzetinə verdiyi müsahibədə söz açıb.
“Onlar (Suriya hakimiyyəti) 1,3 min ton kimyəvi silahın mövcud olduğunu etiraf ediblər. Halbuki onların arsenalında bundan iki dəfə çox, ən azından 2 min ton belə silah olub”, - cənab Sakat belə bəyan edib.
Zaher as-Sakat 2013-cü ilə qədər Suriya ordusunun beşinci divizayasının kimyəvi silahlar üzrə birləşmələrinə rəhbərlik edib. Nəşrin məlumatına görə, ordudan getdikdən sonra da o, Suriya rəhbərliyi ilə əlaqələrini davam etdirib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu