Amerika sülhə can atır, lakin “həmişə sülhə güc vasitəsilə nail olub”




ABŞ-ın vitse-prezidenti Maykl Pens bəyan edib ki, Amerika sülhə can atır, lakin “həmişə buna güc vasitəsilə nail olub”.



AFN TASS agentliyinə istinadla xəbər verir ki, Pens bu sözləri Koreya yarımadasındakı demilitarizasiya zonasında çıxış zamanı bəyan edib.
Onun sözlərinə görə, prezident Donald Tramp başda olmaqla yeni ABŞ administrasiyası, KXDR-in nüvə-raket problemlərinə münasibətdə “strateji dözümlülük” siyasətinə əməl etmək niyyətində deyil. Pens qeyd edib ki, ABŞ qəti şəkildə Koreya yarımadasında təhlükəsizliyi təmin etməyə köklənib və bunu sülh yolu və dinc vasitələrlə etmək istəyir. Həmçinin o, başqa variantları da istisna etməyib, qeyd edib ki, Vaşinqtonun Seul qarşısında müttəfiqlik öhdəliyi “sarsılmazdır”.
Aprelin 17-də səhər, Pens Cənubi Koreyadakı Kemp-Bonifas amerikan hərbi bazasına gəlib. O, hərbi rəislərlə müşavirə aparacaq və ABŞ ordusunun hərbi qulluqçuları ilə görüşəcək. Maykl Pens aprelin 15-də Asiya-Sakit okean regionu ölkələrinə ongünlük işgüzar səfərə gəlib.
Yeri gəlmişkən, Pensin bu səfəri Koreya yarımadasında gərginliyin gücləndiyi bir dövrə təsadüf edir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu