Trampın milli təhlükəsizlik müşaviri: “Rusiya ilə sərt danışmağın vaxtı çatıb”




ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri general Makmaster deyir ki, Suriya prezidenti Bəşər Əsədin «qorxulu» hökumətinə göstərdiyi dəstəklə bağlı Rusiyayla sərt davranmaq vaxtıdır. Makmaster aprelin 16-da «ABC News»a deyib ki, Rusiyanın Əsəd hökumətini dəstəkləməsi Suriyada altı ilik müharibəni uzadıb, bu müharibə İraqı, regiondakı digər ölkələri və Avropanı təsirləndirən böhran yaradıb.



«Beləliklə, Rusiyanın bu qorxulu rejimə dəstəyi…, eləcə də Rusiyanın Avropadakı təxribatçı hərəkətləri müzakirə olunmalıdır. Rusiyayla bu sərt müzakirələri aparmağın vaxtı çatıb», – general deyib.

ABŞ ordusu aprelin 7-də Suriyada bir hava bazasına 59 raket buraxıb. Qərb ölkələri Suriyada, azı, 80 nəfərin ölümünə səbəb olmuş kimyəvi hücumun həmin bazadan edildiyini bildirir. Makmaster «ABC News»a müsahibəni Əfqanıstandan verib. Orada prezident Əşrəf Qəni və digər hökumət rəsmiləriylə görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu