Kim Çen In Əsədlə həmrəyliyini bəyan etdi




KXDR lideri Kim Çen In ABŞ-la qarşıdurmada Suriya prezidenti Bəşər Əsədlə həmrəyliyini bəyan edib.



AFN TSTAK agentliyinə istinadən xəbər verir ki, Kim Çen In Suriyanın müstəqilliyinin 71-ci ildönümü ilə əlaqədar həmkarı Bəşər Əsədə təbrik teleqramı göndərib.
Teleqramda Şimali Koreya lideri ABŞ-ın aprelin 4-də Suriyaya endirdiyi raket zərbələrini kəskin pisləyib. Onun fikrincə, bu hücum “həyasızcasına həyata keçirilən aqressiya faktı və hərbi cinayətdir”.
Bundan əlavə, KXDR lideri Əsədə özünün “dost və qızğın hərbi salam”ını da çatdırıb.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu