Dünyəvi Türkiyə qürub çağını yaşayır




Alman politoloq son referendumu belə dəyərləndirib



Türkiyədəki referendumun nəticələri Kamal Atatürk tərəfindən yaradılan demokratik ölkənin dünyəviliyinin sona çatdığını ifadə edir.
AFN lenta.ru saytına istinadən xəbər verir ki, Fridrix Ebert alman fondunun filal rəhbəri Mirko Hempel belə bəyan edib.
“İndi Türkiyə dini inkişaf yolu ilə gedəcək və böyük təcrid dövrünü yaşayacaq. Avropa İttifaqına gedən yol artıq sona çatıb”, - “Valday” beynəlxalq diskussiya klubunun təşkil etdiyi mətbuat-konfransında ekspert belə söyləyib. Bununla yanaşı, Hempel Ankaranın Yaxın Şərq regionunda NATO-nun bundan sonra da başlıca partnyoru olaraq qalacağını bəyan edib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu