"Qanunvericiliyimiz Avropa standartlarına uyğundur"- Əli Hüseynli




“Avropa İttifaqı, Avropa Şurası bu bir il ərzində bizimlə 4 gün ərzində deyil, bir il müddətinə işgüzar çalışsaydılar, tövsiyələr meydana çıxmazdı. Burada konkret irad yoxdur, onu tapmaq mümkün də deyil. Ümumi tövsiyələr var. Bizim qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyimiz ümumi Avropa standartlarına, Konvensiyasına uyğundur”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyri-hökumət təşkilatlarına dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycandakı sistem bəzi ölkələrin təcrübəsinə uyğun olmaya bilər: “Elə bilirsiz ki, Avropa ölkələrində elektron qeydiyyat var? Hesabat hazırlanarkən Milli Məclisin nümayəndələrindən ekspert kimi dəvət etsəydiniz, onlar milli qanunların tətbiqini izah edərdilər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu tövsiyələri nəzərə alaraq, mövcud qanunvericiliyə dəyişikliklərlə bağlı əsas görmür. Bunu nəzərə almalısınız. Qanunvericilikdə dəyişikliklər edilən zaman dəfələrlə qeyri-hökumət təşkilatları ilə görüşmüşük. Biz bilirik ki, qeyri-hökumət təşkilatları hansı problemlərlə üzləşirlər.

Bilirik ki, maliyyə əməliyyatları, banklarla təmasda müəyyən problemlərlə üzləşirlər. Biz bu problemin üzərində düşünürük. Bir daha qeyd edirəm ki, qanunla bağlı yeniliklərin müzakirə edilməsinə ehtiyac görmürəm. Bizim bir müddət əvvəl qanunvericiliyə etdiyimiz dəyişikliklər şəffaflığın təmin edilməsi ilə bağlıdır. Qanunun tətbiqi ilə bağlı hər hansı çatışmazlıq varsa, biz milli qeyri-hökumət təşkilatları ilə müzakirələr aparmağa hazırıq”.

Qeyd edək ki, Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq QHT Konfransının QHT qanunvericiliyi üzrə ekspertlər şurası ilə birgə hesabat hazırlanıb. Hesabatda bəzi tövsiyələr əksini tapıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu