İranın nüvə proqramı ilə bağlı sövdələşməsi iflasa uğrayıb




ABŞ-ın dövlət katibi Reks Tillerson nüvə proqramı ilə əlaqədar İranla bağlanan sövdələşmənin iflasa uğradığını bəyan edib.



AFN bildirir ki, bu haqda RİA Novosti saytı məlumat yayıb.
Dövlət Departamentinin rəhbəri qeyd edib ki, bu plan “keçmiş yanaşmanın iflasıdır”. İran nüvə statusundan imtina etməyib, bu sövdələşmə yalnız Tehranın nüvə dövləti olması ilə bağlı məqsədinin ertələnməsidir.
Amerika xarici siyasət idarəsi yönədicisinin fikrincə, İrana münasibətdə “strateji dözüm” siyasəti uğursuz alınıb və bu ölkədən törəyən təhlükələrə reaksiya vermək lazımdır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu