Ərdoğan Obamanı yalanda ittiham etdi




Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan sabiq amerikan lideri Barak Obamanı yalanda ittiham edib.



AFN bildirir ki, Ərdoğanın bu ittihamedici sözlərini Al Jazeera telekanalı yayıb.
“Prezident Obama ilə PKK məsələsində qarşılıqlı razılaşmamız var idi – lakin, Obama bizi aldatdı, -deyə Ərdoğan şikayətlənib. – İnanmıram ki, Tramp administrasiyası da belə etsin”.
Türkiyə prezidenti həmçinin may ayında Vaşinqtonda keçirəcəyi görüşdən də söz açıb. Ərdoğanın sözlərinə görə, o, Suriyadakı kürdlərlə əməkdaşlığa son qoyulması ilə bağlı amerikanları inandırmağa çalışacaq. “Xalq özünümüdafiə dəstələri (YPG) – PKK-nın silahlı qanadıdır. Biz bir terrorçu qruplaşmanı başqa bir terrorçu qruplaşmanın köməyilə məhv edə bilmərik”.


RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu