Putin Donbası Ukraynadan ayırmaq istəyir




Bloomberg agentliyi belə belə bir xəbər yayıb



Vladimir Putin Donbasa nəzarəti gücləndirmək üçün “Vaşinqtondan daxil olan bir-birinə zidd işarələrdən yararlanır”.
AFN bildirir ki, bu xəbəri Rusiya hökumətinə yaxın mənbələrdən mılumat əldə edən Bloomberg agentliyi yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, hələ ki, Kreml açıq şəkildə Minsk razılaşmasını dəstəkləməkdə davam edir, Rusiyanın real strategiyası isə Donbası tamamilə Ukraynadan ayırmağa və tədricən, inteqrasiya yolu ilə bu əraziləri özünə birləşdirməyə yönəlib.
Agentlik qeyd edir ki, Kreml həmin ərazilərin müstəqilliyini tanımağa və ya işğalını gerçəkləşdirməyə hazırlaşmır.
Bloomberg bildirir ki, Moskva addım-addım hərəkət edir, bu zaman həm ukraynalı millətçilərin həmin ərazilərə yönəlik tətbiq etdiyi iqtisadi blokadadan, həm də heç kim tərəfindən tanınmayan Donetsk və Luqansk “xalq respublikaları” ilə olan iqtisadi əlaqələrindən yararlanır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu