Ukrayna İrana Rusiyadan yan keçməklə qatar göndərəcək




Ukrayna İrana Rusiyadan yan keçməklə kənd təsərrüfatı məhsullarından ibarət qatar göndərəcək.



AFN xəbər verir ki, bu haqda Ukraynanın infrastruktur nazirliyinin mətbuat-xidməti məlumat yayıb.
“Bu iki ölkə arasında iqtisadi əməkdaşlıqdan ötrü fövqəladə dərəcədə perspektivli istiqamətdir. Ukrayna Avropa ilə Asiya və Şərq ölkələri arasında etibarlı tranzit körpüsü rolunu oynamaq üçün yeni nəqliyyat dəhlizlərindən istifadə etməlidir”, - iranlı hökumət yetkililəri ilə görüşdə ukraynalı nazir belə bəyan edib.
Planlaşdırılır ki, kənd təsərrüfatı yüklərindən ibarət qatar Gürcüstan və Azərbaycandan keçməklə 2017-ci ilin yayında İrana yola salınacaq.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu