ABŞ KXDR-in yeni raket və ya nüvə sınaqlarına cavab verməyə hazırdı




Ağ evin nümayəndəsi bəyan edib ki, ABŞ Şimali Koreyanın yeni raket və ya nüvə sınaqlarına cavab verməyə hazırdı.



AFN bildirir ki, Ağ evin bu bəyanatı haqda məlumatı İnterfaks agentliyi yayıb.
Nümayəndənin sözlərinə görə Vaşinqton Şimali Koreyanın yeni raket və ya nüvə sınaqları keçirməyəcəyinə əmin deyil, həmin səbəbdən bu ölkə tərəfindən istənilən provokasiyalara cavab verməyə hazırdır.
“Biz sayıq dayanmışıq, istənilən ballistik raket və ya nüvə sınaqlarının əlamətlərini axtarırıq”, - deyə o, qeyd edib.
Həmçinin deyib ki, amerikan administrasiyası hesab edir ki, KXDR-in Cənubi Koreya və ya Yaponiyaya hücum etmək ehtimalı çox yüksəkdir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu