Venesuela amerikan dövlətləri təşkilatından çıxır




Venesuelanın xarici işlər naziri Delsi Rodriges bildirib ki, ölkəsi amerikan dövlətləri təşkilatından çıxmağa hazırlaşır, çünki bu blokun ehtiva etdiyi norma və prinsiplərin pozulması ilə barışmaq niyyətində deyillər.



Rodriges söyləyib ki, Venesuela öz gələcəyi naminə blokdan çıxmağa hazırlaşır, belə ki, “ölkənin şərəfi, müstəqilliyi və suverenliyi” hər şeydən önəmlidir. Proses iki il davam edəcək.
Bütövlükdə bu təşkilata Amerika qitəsindən 35 dövlət daxildir. Təşkilatın qərargah-mənzili Vaşinqtonda yerləşir.
Hazırda Venesuelanı hökumət əleyhinə etiraz aksiyaları bürüyüb. Bu zaman prezident tərəfdarları və əleyhdarları arasında tez-tez toqquşmalar baş verir. Həmçinin etiraz aksiyaları çox vaxt polislə də toqquşmalara gətirib çıxarır. Bu iğtişaşlarda artıq 25 nəfər həlak olub, yüzlərlə etirazçı isə həbs edilib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu