Referendumdan sonra Avropa Birliyi və Türkiyə arasında münasibətlər mürəkkəbləşib




Konstitusiya dəyişiklikləri ilə bağlı Türkiyədə keçirilən referendum, Brüssel və Ankara arasında münasibətləri ciddi şəkildə çətinləşdirib.



AFN bildirir ki, Almaniya kansleri Angela Merkel aprelin 27-də belə bəyan edib.
“Biz türk xalqının konstitusiya dəyişiklikləri haqda qərar vermək hüququna hörmət edirik”, - xanım kansler belə söyləyib, eyni zamanda qeyd edib ki, səsvermə zamanı yol verilən pozuntu halları böyük narahatlıq doğurur. “Türkiyə hökuməti bunları nəzərə almalıdır”, - bundestaqda çıxış edən Merkel, əlavə edib.
Almaniya hökumət başçısının sözlərinə görə, “Türkiyənin Avropadan birdəfəlik üz döndərməsi, heç yaxşı hal deyil”.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu