Makronun həyat yoldaşı diqqəti öz üzərinə çəkdi




Çinlilər Bricitlə Makron arsındakı yaş fərqindən heyrətləniblər



Çindən olan sosial şəbəkə istifadəçiləri üçün Fransa prezidentliyinə namizəd Emmanuel Makronun həyat yoldaşı siyasətçinin siyasi kampaniyasından daha böyük maraq doğurub.


AFN bildirir ki, bu haqda The South China Morning Post nəşri məlumat verib.
Nəşrin yazdığına görə, Bricit Makrona aid çoxlu sayda mövzu WeChat
şəbəkəsində peyda olub. Onlardan biri belə adlanır: “Makron: onun məhəbbətə gedən yolu, prezidentliyə aparan yolundan daha əyləncəlidir”. Çinlilər ər-arvad arasında olan yaş fərqinə çox təəccübləniblər: siyasətçinin 39 yaşı var, Bricit isə 64 yaşındadır. WeChat istifadəçiləri həmçinin Makronun 30 yaşda baba olmasına da diqqət çəkiblər. Belə ki, Bricitin əvvəlki nikahdan olan uşaqlarından nəvələri də var.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu