ABŞ Əsəd rejimini bombaladığını rəsmən təsdiqlədi- Rusiyaya açıq şəkildə meydan oxudu




ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada Əsəd rejimini vurduğunu rəsmən təsdiqləyib.



Avropa.info xəbər verir ki. Pentaqonun yaydığı açıqlamada ABŞ təyyarələrinin Suriyanın cənubunda yerləşən Əl Tanf bölgəsi yaxınlığında Əsəd rejiminə aid konvoyu vurduğunu açıqlayıb.

Açıqlamada belə deyilib:

“Koalisiya qüvvələri mayın 18-də Suriyanın Əl Tanf bölgəsinin şimal-şərqində irəliləyən Suriya rejimi dəstəkli qüvvələri vurdu. Bu irəliləyiş Əl Tanfta olan ABŞ və onun müttəfiqlərinə təhdid təşkil edirdi. Bu addım Rusiyanın Suriya rejimini qorumaq cəhdinin müvəffəqiyyətsiz olması, koalisiyanın güc nümayişidir” deyə Pentaqon bildirib.

Xatırladaq ki, bu haqda ilk olaraq Reuters agentliyi məlumat yaymışdı.

Məlumatda ABŞ təyyarələrinin Suriyanın cənubunda yerləşən Əl Tanf rayonu yaxınlığında Suriya rejiminə aid bir konvoyu vurduğu bildirilirdi.

“Bir Suriya konvoyuna Əl Tanf yaxınlığında hava hücumu təşkil etdik. Detallarla bağlı bəyanat verəcəyik” deyə ABŞ Müdafiə Nazirliyindəki bir rəsmi Reuters agentliyinə danışmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu