Qənirə Paşayeva AŞPA-da erməniləri ifşa etdi





Qənirə Paşayeva AŞPA-da çıxış edərək Azərbaycan əlehinə yalanlarla çıxış edən Ermənistan heyətinə sərt cavab verərək "siz öz işğalçı ölkənizdən danışın" deyib.



Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da Avropada miqrantlarla bağlı məruzənin müzakirəsi zamanı çıxış edib və Azərbaycan əleyhinə böhtanlarla çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavablar verib: "Dəyərli həmkarlarım, mənim ölkəm dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz evində köçkün düşdü. İşğalçı Ermənistan bu gün azərbaycanlı köçkünlərin öz evlərinə dönməsinə izn vermir. AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə məhəl qoymayan Ermənistan rəhbərliyi işğalçılığı və qeyri-insani əməlləri davam etdirir. Mən buradan bir az öncə Azərbaycan əleinə yalanlarla dolu çıxış edən Melkumyana səslənərək demək istəyirəm ki sizin yalanlarınıza ən gözəl cavab bu Assambleyanın, Parlament Assambleyasının qəbul etdiyi qərarlardır, 1416 saylı qərar da daxil olmaqla. O qərarlarda ki birmənalı olaraq ölkənizin işğalçı olduğu vurğulanır və işğala son vermənizə çağırış edilir. İşğala son verin. Əziz həmkarlarım, biz burada Assambleyamızda köçkünlərlə bağlı müzakirələrdə nəticələrdən daha çox insanları köçkün salan səbəblərlə daha çox mübarizə aparmalıyıq. İnsanları köçkün salan səbəblərə qarşı AŞPA-nın, üzv ölkələrin birlikdə mübarizəsi güclənməsə köçkünlərin sayı da, problemlər də azalmayacaq, daha da artacaq. Ona görə Assambleyamız insanları köçkün salan səbəblərə qarşı daha sərt mübarizəyə çağırırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu