AFN.AZ / Ziyafət Əsgərov:

Ziyafət Əsgərov:

"Hələ istintaq getdiyi üçün gəlin, məhkəmənin qərarını gözləyək".

Bunu APA agentliyinə müsahibəsində "MTN işi" adlandırılan məhkəmə prosesində ciddi faktların üzə çıxması ilə bağlı sualı cavablandırarkən, parlament sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O, "parlamentdə bu sahə ilə məşğul olan şəxs kimi həmin vaxt baş verənlərlə bağlı məlumat alırdınızmı" sualına "xeyr" cavabını verib.

Komitə sədri «sizcə, MTN-ə vaxtilə rəhbərlik edən nazir məsuliyyət daşıyırmı» sualına isə belə cavab verib: "Əlbəttə daşıyır. Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq".
28-12-2016, 13:00
Geri qayıt