AFN.AZ / "Türkiyə təhlükəsizlik orqanlarının işində ciddi boşluqlar var"-

"Türkiyə təhlükəsizlik orqanlarının işində ciddi boşluqlar var"-

Türkiyə xüsusi xidmət orqanlarının fəaliyyətində ciddi boşluqlar mövcuddur.

Bunu analitik Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, ötən il 15 iyun çevrilişi ilə bağlı xüsusi xidmət orqanlarından bəzi peşəkarların işdən azad edilməsi, qaldırılan cinayət işinin davam etdirilməsi xüsusi xidmət orqanlarının işini zəiflədib:

"İşdən çıxarılan əməkdaşların bərpası da mümkün deyil. Məlumdur ki, bir polisin və ya hər hansı xüsusi xidmət orqanı əməkdaşının yetişdirilməsi uzun müddətə başa gəlir. Buna görə də, hazırda mövcud vəziyyətlə bağlı təhlükəsizlik orqanlarında qeyri-peşəkarların yer alması Türkiyə mühafizəsinin zəifləməsinin səbəblərində biridir. Eyni zamanda xüsusi xidmət orqanlarının xarici və daxili müdaxilələrlə, terrorla, müxtəlif qruplaşmaların sabitliyi pozma cəhdlərinin qarşısının alınması ilə məşğul olduqlarından bütün sahələrə diqqət ayıra bilmirlər.

İstanbuldakı terror hadisəsindən sonra tez-tez verilən bəyanatlar qeyri-ciddi xarakter daşıyır. Çünki törədilən terrorun səbəbləri ilə əlaqədar versiyalar irəli sürülüb, dəqiq istintaq məlumatları əldə edildikdən sonra mətbuata və ictimaiyyətə açıqlanmalı idi. Terrorların törədilməsində məqsəd isə əhalini hakimiyyətin zəifliyinə inandırmaq, vətəndaşlar arasında qorxunun yaradılmasına çalışmaq və insanların iradəsini sındırmaqdır. Bunun qarşısını almaq isə hakim partiyadan asılıdır. İqtidar nümayəndələri bu niyyətlə tez-tez çıxış edərək, əhalini sakitləşdirməyə çalışır".

A. Nağıyev qeyd edib ki, bu məsələlərdə siyasətə üstünlük verilməsi terrorun artmasına gətirib çıxarır:

"Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması Qərbə də xeyir etmir. Ümumiyyətlə, Türkiyənin problemlərinin mərkəzində siyasətlə humanizmin səhv salınması, xüsusi xidmət orqanlarının zəifliyi, miqrant kütlələri arasında lazımi işlərin aparılmaması dayanır. Türkiyə rəhbərliyi ölkənin stabilliyi üçün əlindən gələni edir. Bütün bunlara baxmayaraq, terrordan müdafiə prosesləri çətin və ləng aparılır”. (Sherg.az)
5-01-2017, 19:17
Geri qayıt