AFN.AZ / Azərbaycan "İslam NATO" suna qoşulmayıb-

Azərbaycan "İslam NATO" suna qoşulmayıb-

Xarici İşlər Nazirliyi Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə KİV-də gedən xəbərlərə münasibət bildirib.

XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur:

“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.
9-01-2017, 14:44
Geri qayıt