Azərbaycanda daha 17 QHT qeydiyyata alındı


Bu günlərdə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasına üzv olan daha 17 QHT dövlət qeydiyyatına alınıb.

Bu barədə məlumatı virtualaz.org saytına Hökumət-Vətəndaş dialoqu platformasının koordinatoru, MSŞA Koalisiyasının Şura üzvü Əlmməmməd Nuriyev verib.

Ə.Nuriyevin sözlərinə görə, MSŞA-nın problemlərinin həlli istiqamətində aparılmış dialoq öz bəhrəsini verib. Belə ki, koalisiya üzvü olan daha 17 QHT dövlət qeydiyyatına alınıb. Eyni zamanda, MSŞA Koalisiyasının üzvü olan bütün problemli təşkilatların qrantlarının qeydiyyatı həllini tapıb, bank hesablarındakı həbs və vergi sanksiyaları götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu