Naxçıvanda iki gəncin adı “Qızıl kitab”a salınacaq
Sərəncama əsasən xüsusi istedada malik olan Naxçıvan Musiqi Kollecinin tələbəsi Sərxan Əliyev (balaban üzrə) və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Pərviz Qasımovun (şahmat üzrə) adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılacaq.
Onlar həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər. (naxcivantv.az)