Kərəm Həsənovun Balakəndə keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişib




Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 26 may 2017-ci il tarixində Balakən rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib. Belə ki, vətəndaş qəbulunun tarixi dəyişdirilərək 27 may 2017-ci il tarixinə keçirilib.

Qəbul saat 10:00-da Balakən Rayon Mədəniyyət Evində keçiriləcək. Qəbulda Balakən rayonu ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbulda yuxarıda qeyd olunmuş Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Komitənin 17 saylı ərazi şöbəsi: (2422) 5-22-52, (2429) 5-10-56

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi: (02422) 4-00-63, (02429) 5-21-73

Eyni zamanda vətəndaşlar Şəki şəh. 20 Yanvar küç. 8 və Balakən şəhəri, R.Səmədov küçəsi,3 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu