Tərtərin Qaraağacı kəndində səyyar qəbul-görüş keçirilib




Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş təmas xəttində yerləşən Qaraağacı kəndində keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişı ilə bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Qurban Əliyev, Duman Əsədov, Əlövsət Əliyev, Mobil Quliyev, Sabir Qədirov və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi və qazla təmin olunmasından, sakinlərin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirib, pay torpaqlarının və örüş sahələrinin məcburi köçkünlər tərəfindən zəbt olunması, əkin sahələrinin suvarılması üçün yeni subartezin quyularının qazılmasına, Qaraağacı kənd tam orta məktəbinin əsaslı təmir olunması ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu