Şahin Mustafayev Qaxda qəbul keçirib




İqtisadiyyat naziri Şahin Mustafayev Qaxda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Ümumiyyətlə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit təşklatının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının genişləndirilməsi, istehsal və emal sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların mineral su istehsalı, fındıq bağının salınması və fındıq emalı, buğda və qarğıdalı əkini sahələrinin, tingçilik və intensiv bağçılıq təsərrüfatlarının genişləndirilməsi, cins heyvandarlığın və damazlıq quşçuluğun inkişafı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlardan, ixracın genişləndirilməsinə dəstək mexanizmlərindən razılıqlarını ifadə ediblər.

Qəbul günü digər rayonlardan gələn vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə,Qaxda keçirilmiş qəbulda 40-a yaxın vətəndaş müraciət edib.

Qəbula gələn vətəndaşlar göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu