Şərlənən köçkün nazirdən kömək istəyir


Şirvan şəhərində məskunlaşmış Fizuli rayon köçkünü Adışirin Qurbanov Daxili İşlər Nazirliyinə müraciət edib.
A.Qurbanov yazır ki, Fizuli rayonunun işğalından sonra məcburi köçkün kimi ailəsi ilə birgə Şirvan şəhərində məskunlaşıb: “Özüm və bir oğlum 2 qrup əlilik. Şirvana gələndən bazarda alverlə məşğul olub ailəmi dolandırmışam. Bu şəhərdə 21 ildir yaşayıram. İndiyə kimi kimdənsə incikliyim olmayıb. 1 il bundan qabaq Şirvanda tanıdığım və münasibətim olan Fərahim Kərimov məndən 2 min manat borc aldı. Məcburən də Bakı-Şirvan marşurutu üzrə sərnişin daşıyan “QAZel” markalı, Az 18 BE 988 nömrəli maşının texniki pasportunu verdi ki, 20 günə pulunu qaytarıb sənədimi götürəcəm. 1 ildir ki, Fərahim Kərimov məni aldadaraq pulumu qaytarmır. Şirvan Polis Şöbəsinə gedərək rəislə görüşüb dərdimi danışmaq istədim. Dedilər rəis məzuniyyətdədir, müavin Kamran Zeynalov əvəz edir. Kamran Zeynalovla görüşdüm dərdimi ona danışdım. Növbətçiyə tapşırdı ki, ərizəsini alın. Ərizədə başıma gələn hadisəni olduğu kimi yazdım verdim. Sonradan məni sahə müvəkili Rauf Salayev yanına çağırdı, özü izahat yazdı və mənə qol çəkdirdi. Mənə dedi ki, narahat olma, axşam Fərahimi səninlə görüşdürüb üzləşdirəcəm, problemini həll edəcəm. Axşam Rauf Salayevdən xəbər gəlmədi. Durub getdim yanına. Rauf Salayevin otağına girəndə Fərahimi və bacısı oğlu Elçini gördüm. Rauf məni görən kimi üstümə qışqırdı dedi ki, “bas bayıra, gəlib burda pul davası eləyirsən. Get hünərin varsa torpağınızın davasın elə dövlətlə. Mən yerlilərimi sənin ayağına verməyəcəyəm”. Çox pərt olmuş halda dostum Zahidlə yenidən polis şöbəsinə gəldim ki, rəis müavini Kamran Zeynalova məsələni deyim. 2 gün şöbənin qabağında qaldım, Kamran Zeynalov məni qəbul etmədi. Sonradan məlum oldu ki, Rauf Salayev Fərahimi öyrədib ki, get şikayət ərizəsi ver ki, maşınımdan Adışirin texniki pasportumu oğurlayıb”.
Şikayətçi daxili işlər nazirindən kömək istəyir:
Mənim yeganə ümidim Ramil Usubov cənablarından kömək istəməkdir. Cənab nazir, biz qaçqın və məcburi köçkünlərin ağrı, acısını siz daha yaxşı bilirsiniz. Mən indi yenidən qaçqınlıq həyatı yaşamağa məcburam. Bu adam gəlib mənə yalvarıb, yaxarıb, ürəyim dözməyib, əlimlə pul vermişəm, üstəlik şərə düşmüşəm. Məni şərin yaxasından qurtarın və haqqımın bərpasına kömək edin”.

Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu