Bakının ən böyük prospektində hərəkət məhdudlaşdı


Bu gün Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə təmir-bərpa işləri aparılır.

İşlərin 1 mart saat 18:00-a kimi yekunlaşdırılması nəzərdə tutulur. Bununla əlaqədar Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu