Bəzi ixtisaslara qəbul məhdudlaşdırılır
Bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, əmək bazarında yetərincə tələbat olmayan sahələr üzrə kadr hazırlığının aparılması və çoxsaylı idarəetmənin saxlanılması büdcə vəsaitlərində səmərəsiz xərcləmələrə gətirib çıxara bilir:
“Buna görə də, Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb, görülən tədbirlər nəticəsində orta ixtisas müəssisələrində pedaqoji kadr hazırlığı minimuma endirilib, əmək bazarında tələb olunmayan digər ixtisaslar üzrə qəbul planları məhdudlaşdırılıb”.
Cəsarət Valehov əlavə edib ki, əsas məqsəd orta ixtisas təhsil müəssisəsinin optimallaşdırılması hesabına daha mobil və keyfiyyətli kadr hazırlığını əmələ gətirməkdir.