Dünyanın ən bahalı brendləri - SİYAHI


“Forbes” jurnalı dünyanın ən bahalı brendlərinin reytinqini hazırlayıb.

AFN.az azvision.az-a istinadən xəbər verir ki, ABŞ-ın “Apple” şirkəti dünyanın ən bahalı brendləri siyahısında növbəti dəfə liderliyini saxlayıb. Bu brendin dəyəri 154,1 milyard dollardır.

Şirkətin gəlirlərinin aşağı düşməsinə baxmayaraq “Apple” yüksək texnologiyalı sənayesində liderliyini qoruyub.

Siyahıda ikinci yerdə “Google”dir. “Google” brendi 82,5 milyard dollar məbləğində qiymətləndirilib.

“Microsoft” şirkəti üçüncü (75, 2 milyard dollar), “Coca-Cola” dördüncü (58,5 milyard dollar), “Facebook” isə beşinci yerdə (52,6 milyard dollar) qərarlaşıb. İlk onluğa həmçinin Toyota, IBM, Disney, McDonald’s və General Electric şirkətləri daxil olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu