Bakılılar “Bakının soyqırımını dayandırın” aksiyasına başladılar


Sosial şəbəkələrdə keçmiş “Sovetski” küçəsində söküntüsünə başlanan Bakının tarixi binalarının müdafiəsi üçün imza toplama kampaniyası başlayıb.

Xatırladaq ki. ötən həftə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edilib.

Həmin dəyişikliklərə görə, Bakının Yasamal rayonundakı bəzi yaşayış və qeyri-yaşayış obyektləri “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndan çıxarılıblar.

Beləliklə, XIX əsrin sonları – XX əsrin əvvəllərinə aid 30-a yaxın tarixi abidə sökülmək təhlükəsi qarşısında qalıb.

“Bakının tarixi abidələrinin söküntüsünü dayandırın” kampaniyası üzrə imza toplanmasına Fərhad Mehdiyev adlı istifadəçi tərəfindən change.org saytında başlanıb. Qısa müddət ərzində petisiyanı 1712 nəfər imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu