Sumqayıtda generalın qardaşı "bazarkom"la əlbir olub sahibkarlara qan uddurur


Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nın sökülməsi təhlükəsi gündən-günə artır. Kömək istəyən Sumqayıt sahibkarları Prezident Administrasiyasının qarşısında aksiya keçirəcəklərini bildirirlər.

AFN.az-a müraciət edən şikayətçilər “Şərq bazarı” nın müdiri Rəşid Babayevin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı , Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin birinci müavini Akif Quliyevlə əlbir olaraq qanuni sənədləri olan dükanlarının əlindən alınıb sökülməsi məqsədilə abadlaşdırmaq bəhanəsi ilə tamamilə hasarlanmasından həyacan təbili çalırlar. Belə ki, Akif Quliyev sahibkarlarla bir neçə dəfə görüşüb. Birinci görüşdə deyib ki, dükanlar söküləcək, indi vəziyyət Eldar Əzizovun (Sumqayıtın keçmiş icra başçısı) vaxtındakı kimi deyil. Sonra isə nədənsə sözünü dəyişərək deyib ki, dükanlarınızın qabağını hasarlayırıq ki, abadlaşdıraq, mallarınızı çıxarın, amma dükanlaranıza əl dəylməyəcək. Ancaq axırıncı görüşlərin birində Akif Quliyev taktikanı dəyişib və dükanlarının abadlaşdırılması üçün 66 sahibkara Sumqayıt icra başçısı Zakir Fərəcovun bu il fevralın 26-da imzaladığı , Rəşid Babayevə məxsus , “RŞHT” şirkəti ilə bağlı sərəncamı göstərib. Hansı ki, bu sərəncamın əslində 66 sahibkara heç bir aidiyyatı yoxdur. Həmin sərəncamda bildirlir ki, mövcud ticarət mərkəzi uzunmüddətli istismar nəticəsində fiziki aşınmaya məruz qalıb, memarlıq baxımdan müasir tələblərə cavab vermədiyi üçün və şəhər Memarlıq və şəhərsalma idarəsinin təklifini nəzərə alaraq 9-cu mikrorayon ərazisindəki , “RŞHT” şirkətinin istifadəsində olan sahədə şirkətinin Ticarət Mərkəzinin yenidən qurulmasının layihələşməsinə icazə verilsin. Sonra da layihədən irəli gələn bəndlər göstərilir, ən əsası isə “RŞHT” şirkətinə heç bir aidyiyyatı olmayan 66 sahibkara məxsus arkalı dükanlardan bir kəlmə deyilmir.

Sahibkarlar bildirirlər ki, bazarın müdiri Rəşid Babayev 2010-cu ildə “Şərq bazarı”nın bir hektardan çox ərazisini gizlincə və qanunsuz olaraq özəlləşdirəndən sonra "həvəslənərək” sözügedən 66 obyekti sahibkarların əlindən almaq, sonra isə ümumiyyətlə sökmək istəyir. Baxmayaraq ki, cəmi 12 sot ərazini əhatə edən 66 obyektin sahiblərinin əlində dükanların onlara məxsus olması haqda “daşdan keçən” tam qanuni sənəd olub.
Daxil olan müraciətdə bildirilir ki, sadəcə “bazarkom” Rəşid artıq qanuni yolla dükanları sökdürə, ələ keçirə bilmədiyini görüb şəhər icra hakimiyyətindəki və başqa məmurlara arxalanaraq onların dükanlarını guya abadlaşdırmaq məqsədilə hasarladaraq müflis edib, sonra isə dükanlarını əlindən almaq istəyir: "Əgər Rəşid Babayev abadlaşmağın belə qızğın tərəfdarıdırsa elə “feodalizmdən” qalan öz bazarını, Suriya xarabalığını xatırladan binasını indiyə kimi abadlaşdırardı. Bazarın ətrafındakı bərbad vəziyyətdə olan yollara, ətrafa dəhşətli üfunət qoxusu verən zibilxanaya əl gəzdirərdi. Bazardakı bütün təmizlik işləri ruhi xəstə olan Mətinin ümidinə qalmazdı. Yeri gəlmişkən, ruhi xəstənin illərlə qəpik-quruşa işlədilməsi özü də qanunazidddir. Amma bu Azərbaycan qanunlarını saya saymayan Rəşid Babayev üçün bu adi şeydir. O hətta qəzəbindən mallarını təpiklədiyi sahibkarlara “sizin udduğunuz məhkəmə qərarları mənim üçün heç nədir” deməkdən də çəkinmir. Maraqlıdır ki, şəhərdə geniş abadlaşma işləri aparan icra hakimiyyəti də açıq havada, düz yolun kənarında 21-ci əsrdə Sumqayıtın mərkəzində orta əsrləri xatırladan, antisanitariya mənbəyi olan meyvə-tərəvəz bazarına nədənsə neçə vaxtdır göz yumur. Halbuki ən ucqar, geridə qalmış rayonlarda bu cür orta əsrləri xatırladan bazar yoxdur. Bu bazarı gözəlləşən Sumqayıta qara ləkə də saymaq olar. Abadlaşmağa qalsa min bir zülmlə ailələrinə çörəkpulu qazanan sahibkarlar Şəhər Memarlıq və Şəhərsalma İdarəsində keçən il müdir müavini olan Kamil Məmmədova 135 min pul yığıb veriblər. Abadlıq işləri abaşlayıb, ikinci mərtəbə üçün dirəklər belə qaldırılıb, amma Rəşid Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verib. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırılıb".
Sahibkarlar deyir ki, abadlaşdırmaqdırsa onlar yenidən öz vəsaitləri hesabına dükanlarını gözəl bir layihə əsasında müasir körkəmə sala bilərlər. Əgər dükanlar sökülmürsə sadəcə abadlaşdırılma məqsədilə icra hakimiyyəti tərəfindən təmiz hasarlanırsa niyə mallar çıxmalıdır?! Sahibkarlar şəhərin görünüşünü yaxşılaşdırmağı təqdirəlayiq hal saysalar da, insanların mülkiyyət hüququnun pozulmasına qarşıdırlar: "Ümumiyyətlə Rəşid Babayev və onun havadarları tərəfindən sahibkarların şəxsi əmlakını ələ keçrmək cəhdləri dəfələrlə olub. 66 dükan sahibi ilə onun arasında dəfələrlə məhkəmə çəkişməsi olub və bütün məhkəmə istansiyalarında “bazarkom” uduzub. Məsələ ilə bağlı İqtisad Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Plenum da sahibkarların xeyrinə qərar çıxarıb. Hətta Əmlak komitəsi də Rəşid Babyevi məhkəmədə udub və onun 1 hektar ərazisinə olan sənədləri ləğv olunub, sahibkalra məxsus,24 sot (qərardan əvvəl 12 sot) ərazini əhatə edən 66 obyektin mülkiyyət hüququ təsdiqlənib. Rəşid Babayev ərazini 2010-cu ildə özəlləşdirdiyini bildirsə də, sahibkarların bir çoxu öz obyektlərini 2003–cü iləcən qanuni şəkildə özəlləşdiriblər. Dəhşətlisi orasıdır ki, 1 hektar əraziyə olan sənəd Əmlak Komitəsi tərəfindən sərancamla ləğv olunub və qərarda deyilir ki,o sənədlərini təzədən hazırlamalıdır. Yəni öz sənədi olmaya–olmaya o, həm Əmlakı ,həm bələdiyyəni ,həm də Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verir, sahibkarlarla sənəd davası edir və bu gün icra başçısı sənədləri qaydasında olmayan bir şirkətə layihə tapşırılması ilə bağlı sərəncam verir.
Aydındır ki, dükanların qabağını demək olar ki,tamamilə hasarlamaq ora alıcının girə bilməməsi və dükanların bağlanması anlamına gəlir. Düzdür , icra hakimiyətinin adından qanundan danışan Akif Quliyev sahibkarları aldadaraq vəd verir ki, bəs onların əmlakı sökülməyəcək, sadəcə yeni tikiləcək “Meyvə” bazarının nəzdində fəaliyyət göstərəcəklər, onların əmlak hüququ tanınacaq. Amma biz ona inanmırıq, çünki R.Babayevlə şərik olduğunu bilirik".
Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir. "Ümid edirik ki, Sumqayıtda at oynadan bu cütlüyə bir dur deyən olacaq"-deyə sahibkarlar müraciətlərini tamamlayırlar.

Yazı adı keçən şəxslərin mövqeyini verməyə hazırıq.

FƏRİD



Sumqayıtda generalın qardaşı "bazarkom"la əlbir olub sahibkarlara qan uddurur




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu