Cərrahiyyə əməliyyatlarında ölüm faizi açıqlandı


“Hər il Azərbaycanda 180 min cərrahiyyə əməliyyatı icra olunur. Cərrahiyyə əməliyyatların 0,2 faizi ölümlə nəticələnir. Bu göstərici isə Avropa ölkələrinin göstəricilərinə uyğundur”.

Bunu respublikanın baş cərrahı, Bakı Sağlamlıq Mərkəzinin direktor müavini Hacıqulu Bağırov mərkəzin 8 aylıq fəaliyyətinə həsr olunan hesabat tədbirində bildirib.

Baş cərrah deyib ki, hazırda ölkədə bütün əməliyyatlar, o cümlədən orqan köçürülməsi, açıq ürək əməliyyatları uğurla icra olunur. “Bakı Sağlamlıq Mərkəzində həyata keçirilən əməliyyatlar respublikanın digər şəhər və rayonlarında da icra edilir. Amma digər sahələr kimi cərrahiyyədə də problemlər var. Sadəcə olaraq uğurlar deyil, daha çox problemlər qabardılır”, - H.Bağırov bildirib.

Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzi laporoskopiya əməliyyatların mərkəzidir. Mərkəzin baş həkimi Hikmət Həsənov isə bildirib ki, bu ilin 8 ayında mərkəzdə 2116 əməliyyat həyata keçirilib. “Ötən ilə nisbətən cərahiyyə əməliyyatları 34 faiz artıb. Çünki Bakı Sağlamlıq Mərkəzinə etibar edənlərin sayı artır”, - baş həkim deyib.

Hazırda bu mərkəzdə 136 həkim, 59 rezident və 257 tibb bacısı əhalinin sağlamlığına xidmət edir. Bu il ümumilikdə 7225 xəstə müalicə və müayinədən sonra sağalıb. Mərkəzdə doğum və yenidoğulmuş uşaqlara yardım şöbələri də fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu