Qənirə Paşayevadan təhsil haqları ilə bağlı TƏKLİF


Bu gün parlamentin payız sessiyasının ilk iclası keçirilir.

AFN.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Q.Paşayeva 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsini təklif edib. O, həmkarı Məlahət İbrahimqızının təklifini dəstəkləyərək 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib: “Bu adamların sayı o qədər də çox deyil. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bir neçə gün əvvəl bir neçə görmə qabiliyyəti olmayan, ali məktəblərdə oxuyan 1-ci qrup əlil gənclərimizlə görüşdük. Təhsil haqqını ödəməkdə çətinlik çəkirlər və çox ağır vəziyyətdə qalıblar. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir və universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə mütləq baxılmalı, məsələ öz həllini tapmalıdır. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı".

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu