785 min manat sahibinə qaytarılıb


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 784 809 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN.az-a verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən Xidmətə daxil olan müraciətlərlə əlaqədar görülən tədbirlər nəticəsində ümumilikdə 784 809 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin məbləğin 94,7 faizi gecikdirilmiş əmək haqlarından, 3,1 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənişlərdən ibarət olub.

Qeyd edilən dövrdə 20 nəfərin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib və görülən tədbirlər nəticəsində həmin şəxslərin öz əvvəlki işlərinə bərpa etdirilməsi təmin olunub.

Sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi, habelə əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə aidyyəti işəgötürənlərə hüquqi izahat və məlumatlar verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu