Qazaxıstandan 1 milyon ton taxıl alacağıq


Azərbaycan Qərbi-Qazaxıstan vilayətindən təxminən 1 milyon ton taxıl alacaq.

AzVision.az “BNews.kz”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov bildirib.

Qərbi-Qazaxıstan vilayətinin Sahibkarlar Palatasında baş tutan görüşdə Rəşad Məmmədov deyib ki, son bir ildə Azərbaycan və Qərbi-Qazaxıstan vilayəti arasında ticarət dövriyyəsi 25% artıb.

“Biz hər il Qazaxıstandan taxıl alırıq. 2016-cı ildə biz sizin vilayətdən bir milyon ton taxıl almaq niyyətindəyik. Bundan əlavə, biz Qazaxıstana da öz məhsullarımızı ixrac etməyi planlaşdırıq”, - deyə Məmmədov bildirib. .



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu