Azərbaycanda ürək köçürməsi həyata keçiriləcək


“Bu gün bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda da bu sahədə böyük işlər görülür: “15 il bundan əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilirdi. Bu gün artıq Azərbaycanda qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir”.

Komitə sadri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində də işlər aparılır və yaxın gələcəkdə ölkəmizdə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu