Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı artıq hazırdır


Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı bütün hazırlıqlar başa çatdırılıb.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, sərnişin qatarı Naxçıvan şəhərindən həftədə iki dəfə hərəkət edəcək. Gediş haqqı 40 İsveçrə frankı (69 AZN) təşkil edir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən ediləcək.

Bildirək ki, marşrut üzrə sərnişin biletlərini onlayn, eləcə də Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan əldə etmək mümkün olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu