Nurayı xalasından ayıran icra məmuru- “Orada kobudluq edilməyib”

Xəbərin çap versiyası
Tarix: 7-01-2017, 12:09    |    Xəbər oxunub: 492 dəfə
Nurayı xalasından ayıran icra məmuru- Quba Rayon Məhkəməsində baş vermiş hadisənin iştirakçılarından biri-məhkəmə icraçısı Ümid Məsimov açıqlama verib.

Ü. Məsimov bildirib ki, Nuraya qarşı heç bir kobudluq edilməyib: “Biz məcburi icra orqanıyıq. Ali Məhkəmənin qərarı var. Bu barədə Ədliyyə Nazirliyinin açıqlaması olacaq. Biz məhkəmə qərarını icra etmişik. Məcburi icra orqanı olduğumuzdan orada kobudluğun olduğunu demək olmaz”.

Qeyd edək ki, 10 yaşlı Nurayın xalası Mehribandan alınaraq atası Əvəz Bayramova verilməsi mətbuatda və sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Əksəriyyət məhkəmə icraçılarını azyaşlıya qarşı kobud davranmaqda ittiham edib. (ölkə.az)

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru
loading...







Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz