"Nurayın məsələsi ölümə səbəb ola bilər"-deputat

Xəbərin çap versiyası
Tarix: 7-01-2017, 13:04    |    Xəbər oxunub: 228 dəfə
“Əgər Nuray atasını istəmirsə, onun zorla aparılması yolverilməzdir. Bu hal onun ölümünə də gətirib çıxara bilər”.

Bu fikirləri millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Quba məhkəməsində baş verən hadisəyə münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, əgər valideyn sağdırsa, normal həyat tərzi, şəraiti varsa, aliment veribsə, uşaqla maraqlanıbsa, onun uşağa sahib olmaq hüququ var: “Atanın uşağına qarşı hərəkəti doğru deyil. Ata həqiqətən övladını istəyirsə, onunla uzun müddət təmasda olmalı idi. Eyni zamanda müəyyən müddət onu götürərək atası ilə yaşağamağa psixoloji cəhətdən hazırlamalı idi. Ancaq, övladını ağlada-ağlada, yerə yıxmaqla, icra məmurlarının gözü qarşısında qucağında zorla aparması nəinki uşağa psixoloji təsir, hətta daha ağır fəsadlar verə biləcək hallara gətirib çıxara bilər. Atanın da bu hərəkətini qınayıram”.

Ç.Qənizadə hesab edir ki, prosesin tənzimlənməsində Quba rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsi, Ailə, Qadın və uşaq Problemləri üzrə dövlət komitəsi və digər qurumlar əvvəlcədən uzun müddətl iş aparmalı idilər: “Bəlkə də aparıblar. Biz bunu videodan görə bilmirik. Amma, 10 yaşlı uşağın öz valideynlərini seçmə hüququ var. Bu məsələdə vəziyyət bir qədər fərqlidir. Atanın həyatda olduğu, ananın isə vəfat etdiyi halda uşağın valideynlərini yox, xalasını seçməsi ziddiyət doğrurur. Bu halda mütləq uşağın gələcək taleyi, psixoloji durumu nəzərə alınmalıdır.

Ç.Qənizadə deyib ki, məhkəmənin qərarı icra olunmalıdır: “Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Nurayın atası aliment verməkdən yayınıb, vaxtilə uşağı ilə maraqlanmayıb. Digər bir məlumatda qeyd olunur ki, ata 2011-ci ildən uşağın geri qaytarılması üçün iddia qaldırıb. Əgər ata 2011-ci ildən bu günə qədər məhkəmə qərarları ilə uşağını geri qaytarmağa çalışıbsa, sosial şəbəkədə bildirilən fikirlərin bir çoxunun həqiqət olmadığı üzə çıxır. Bu tamamilə başqa bir məsələdir. Digər tərəfdən uşağın valideynlərindən sağ qalanına verilməsi ilə bağlı Ali Məhkəmənin qərarı var və buna hörmətlə yanaşmaq lazımdır. Ona görə də biz məhkəmə qərarını şübhə altına alsaq, bu doğru olmaz”.

Ç.Qənizadə bildirib ki, məhkəmə icraçılarının hərəkəti tamamilə tənqidə layiqdir: “Hesab edirəm ki, onların rəhbərliyi cəzalandırılmalıdır. Videodan görünür ki, dəhşətdir, ürək ağrıdıcı səhnədir. Belə təəssürat yaradır ki, icranı ata həyata keçirir. Sanki, icra məmurları atadan çəkinirlər. Hətta onun söyüşlə danışması, zorla uşağı dartması, onu yerə yıxmasına şərait yaradırlar. Bunu ona görə edirlər ki, icranın həyata keçirilməsi ilə bağlı sənədləşmə hazırlasınlar və üzərlərindən “ağır yükü” atsınlar. Belə olmaz. Çünki, belə bir şəraitdə uşağın zorla, sürüyə-sürüyə aparılmasımna şərait yaratmaq yolverilməzdir. Videoda görünən bütün hallar qanun pozuntusu ilə müşahidə olunur. Məhz icranın həyata keçirilməsi anının özünə və oradakı iştirakçıların hərəkətlərinə həm hüquqi, həm də ictimai qiymət verilməlidir”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşib. (azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

173 manatla bir ay yaşamaq olarmı?-

173 manatla bir ay yaşamaq olarmı?- Əli Məsimli hökumətə səsləndi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə:

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə: nazirlik komissiya yaratdı

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

İlham Əliyev:

İlham Əliyev: “NATO ilə əməkdaşlığın böyük potensialı var”

Hərbçimizin meyiti təmas xəttində tapılıb

Hərbçimizin meyiti təmas xəttində tapılıb

BQXK Dilqəmlə Şahbaza baş çəkib

BQXK Dilqəmlə Şahbaza baş çəkib

İşğalçı orduda daha 3 cinayət  hadisəsi baş verib

İşğalçı orduda daha 3 cinayət hadisəsi baş verib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur