DƏMX-i gecikdirilmiş sosial ödənişlərin ödənilməsini təmin edib

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 13:56    |    Xəbər oxunub: 147 dəfə
DƏMX-i gecikdirilmiş sosial ödənişlərin ödənilməsini təmin edib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların əmək hüquqlarının müdafiəsi, o cümlədən iş yerlərində sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində ötən il də müvafiq işlər görülüb.

Hesabat dövründə Xidmətin vətəndaşların müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 928 995 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin məbləğin 85,8 faizini gecikdirilmiş əmək haqları, 12,1 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Bir sıra vətəndaş müraciətlərində isə ayrı-ayrı şəxslərin işdən qeyri-qanuni şəkildə azad edildikləri ifadə olunub. Belə müraciətlərin araşdırılması zamanı 30 nəfər işçi ilə əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi aşkar edilib və görülən tədbirlər nəticəsində həmin vətəndaşlar əvvəlki iş yerlərinə bərpa olunublar.

Qeyd olunan tədbirlərlə yanaşı, Xidmətin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi, əmək müqaviləsinə hansı hallarda xitam verilməsi, əməyin mühafizəsi, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə işəgötürənlərə ətraflı məlumatlar veriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

173 manatla bir ay yaşamaq olarmı?-

173 manatla bir ay yaşamaq olarmı?- Əli Məsimli hökumətə səsləndi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə:

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə: nazirlik komissiya yaratdı

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

İlham Əliyev:

İlham Əliyev: “NATO ilə əməkdaşlığın böyük potensialı var”

Hərbçimizin meyiti təmas xəttində tapılıb

Hərbçimizin meyiti təmas xəttində tapılıb

BQXK Dilqəmlə Şahbaza baş çəkib

BQXK Dilqəmlə Şahbaza baş çəkib

İşğalçı orduda daha 3 cinayət  hadisəsi baş verib

İşğalçı orduda daha 3 cinayət hadisəsi baş verib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur