“Azəriqaz”dan "sürpriz" qərar- Borc yeni tariflə hesablanır

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 15:24    |    Xəbər oxunub: 135 dəfə
“Azəriqaz”dan Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar.

Borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən "Azqazservis"-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.
Sayta açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib:
“Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar.”
Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla “Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib:
“Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.” (aznews.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qurban Qurbanov:

Qurban Qurbanov: “Ağır oyun oldu, vacib xal qazandıq”

Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb

Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb

İlham Əliyev:

İlham Əliyev: “Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir”

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

Rəsmi Bağdad Kərkükdə neft hasilatını artıracaq

Rəsmi Bağdad Kərkükdə neft hasilatını artıracaq

Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

"Qarabağ"ın azarkeşləri üçün avtobuslar ayrıldı

Prezident beynəlxalq tədbir iştirakçılarını qəbul edib

Prezident beynəlxalq tədbir iştirakçılarını qəbul edib

MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

DTX dini icmalarda yoxlama aparıb

DTX dini icmalarda yoxlama aparıb

Nazirlikdən təkzib:

Nazirlikdən təkzib: “Əlillərlə bağlı layihə müzakirə olunmur”

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur