Qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzil inşa olunacaq

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 15:35    |    Xəbər oxunub: 122 dəfə
Qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzil inşa olunacaq Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında inşaat sektorunun inkişafından danışıb

"Ölkədə inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlər həyata keçirilib". Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında deyib. Dövlət başçısı bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib.

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan prezident qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzilin inşa olunacağı söyləyib. O, köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikilməsinə start verildiyini, Ağ Şəhər layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzəpir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur