QHT-lərin qrant vəsaitinin sonuncu tranşı niyə ödənməyib?- Şuradan açıqlama

Xəbərin çap versiyası
Tarix: 11-01-2017, 12:22    |    Xəbər oxunub: 203 dəfə
QHT-lərin qrant vəsaitinin sonuncu tranşı niyə ödənməyib?- QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyələşən layihələr üzrə vəsaitlərin son tranşı ödənməyib.

Bu barədə AFN-ə QHT sektorundan bildirilib. Məlumata görə, ötən ilin son ayında başa çatan layihələr üzrə hesabatlar verilsə və Şura tərəfindən qəbul olunsa da, maliyyə vəsaitinin ayrılması hələ də yubanır. Şuranın mühasibatlığından isə vəsaitlərin nə vaxt ödənəcəyinə dair dəqiq vaxt açıqlanmır.

Qeyd edək ki, bu vəziyyətlə üzləşdiyini bir neçə QHT rəhbəri bildirib. Vəziyyətin yaranma səbəbilə bağlı aydınlıq gətirmək üçün Şuranın mətbuat xidmətinə müraciət etdik. Mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məsələyə bu cür aydınlır gətirdi: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq QHT-lərin maliyyə vəsaitlərinin sonuncu tranşının ödənilməsi üçün üzərimizə düşən zəruri sənədləşmə işlərini vaxtında icra etmişik. Maliyyə Nazirliyinin yerli xəzinədarlıq İdarəsi tərəfindən ödəniş tapşırıqları bütün QHT-lərin hesabına işlənib. Ancaq Maliyyə Nazirliyi bizə məlum olmayan səbəblərdən bu ödənişi təmin etməyib. Hazırda 150-yə qədər QHT-nin qrant vəsaitinin qalan hissəsinin hansı mənbə hesabına və nə zaman ödənilməsi ilə bağlı müzakirələr aparılır”.

Mövzunu diqqətdə saxlayacağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

173 manatla bir ay yaşamaq olarmı?-

173 manatla bir ay yaşamaq olarmı?- Əli Məsimli hökumətə səsləndi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə:

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə: nazirlik komissiya yaratdı

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

İlham Əliyev:

İlham Əliyev: “NATO ilə əməkdaşlığın böyük potensialı var”

Hərbçimizin meyiti təmas xəttində tapılıb

Hərbçimizin meyiti təmas xəttində tapılıb

BQXK Dilqəmlə Şahbaza baş çəkib

BQXK Dilqəmlə Şahbaza baş çəkib

İşğalçı orduda daha 3 cinayət  hadisəsi baş verib

İşğalçı orduda daha 3 cinayət hadisəsi baş verib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur