Azərbaycanda hər gün 5 körpə ölür- Dəhşətli rəqəmlər

Xəbərin çap versiyası
Tarix: 11-01-2017, 17:26    |    Xəbər oxunub: 77 dəfə
Azərbaycanda hər gün 5 körpə ölür- "Hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat edir".

Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov APA-ya bildirib ki, son illər hər 1000 diri doğulan körpədə ölüm əmsalı 10 promille təşkil edir, yəni hər 1000 yenidoğulan uşaqdan 10-u ölür. R.Hüseynov vurğulayıb ki, 2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb.

Onun sözlərinə görə, 2015-ci ildən Azərbaycanda diridoğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Baş neonatoloq əlavə edib ki, yeni meyarlara əsasən çəkisi 500 qr-1 kq olan az çəkili uşaqlar da diridoğulanların siyahısına daxil edilib:

“Nəticədə 2015-ci ildə körpə ölümü faizi 0,8% artıb. Lakin bu artım yalnız həmin ildə müşahidə olunub və 2016-cı ildə azalmağa doğru gedib. Ötən il yeni meyarlara əsasən dünyaya gələn və sağ qalan uşaqların sayı 2 dəfə artıb. Əgər 2015-ci ildə yeni meyarlara əsasən doğulan 267 körpədən 96-sı sağ qalmışdısa, 2016-cı ilin 6 ayı ərzində 106-sı sağ qalıb”. (azvision.az)

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru
loading...







Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz