Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 33 940 nəfərə çatıb

Xəbərin çap versiyası
Tarix: 12-01-2017, 14:23    |    Xəbər oxunub: 109 dəfə
Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 33 940 nəfərə çatıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi hesaba malik əcnəbilərin sayında da mütəmadi artım müşahidə olunur.

Sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı ötən ay 207 nəfər, 2016-cı il ərzində isə 6 078 nəfər artaraq, 01 yanvar 2017-ci il tarixə 33 940 nəfər təşkil edib. Ümumilikdə 2016-cı ildə fərdi hesabı açılan əcnəbilərin sayı 2015-ci illə müqayisədə 13,9 faiz və ya 744 nəfər çox olub. Sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının 88,3 faizi (29 980 nəfər) kişilərdən, qalanları isə qadınlardan ibarətdir.

Ölkəmizdə fərdi hesabı olan əcnəbilər kimi, onların təmsil etdikləri ölkələrin sayı da artır. Bu gün artıq fərdi uçot sistemində ümumilikdə 124 ölkəyə aid əcnəbi şəxs qeydiyyatdadır. Onların arasında Тürkiyə (15 686 nəfər), Gürcüstan (3 285 nəfər) Rusiya (1 964) vətəndaşları çoxluq təşkil edirlər. Yəni sistemdə qeydiyyatda olan əcnəbilərin 61,7 faizi (20 935 nəfər) yalnız bu üç ölkənin payına düşür. Həmçinin fərdi hesabı olanlar arasında Özbəkistan (1817), Hindistan (1 454), İran (1 054), Çin (927), Banqladeş (880), Pakistan (720), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (683), Ukrayna (565), Türkmənistan (330), Filippin (309), ABŞ (297), Almaniya (273), Qazaxıstan (258), İtaliya (222) və s. ölkələrin vətəndaşları da var.

Azərbaycanda fərdi uçot sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildən ölkəmizin vətəndaşları kimi, respublikamızda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər də məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunurlar. Bununla da onlar fərdi hesablarında pensiya kapitalı formalaşdırmaqla, gələcək pensiya və digər sosial müdafiə hüquqları üçün əsas formalaşdırırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Jurnalistlər karnavala hazırlaşır-

Jurnalistlər karnavala hazırlaşır- AZƏRBAYCANDA İLK

Kurtua:

Kurtua: "Qarabağ"la oyun çətin olacaq"

Mənsimovdan sərt cavab

Mənsimovdan sərt cavab

Deputatdan Elman Rüstəmova irad:

Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır”

Əli Məsimli:

Əli Məsimli: "Qiymət artımının yarıdan çoxu monopoliyanın törətdiyi süni qiymət artımıdır"

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Hikmət Babaoğlu:

Hikmət Babaoğlu: “Dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə ciddi dəstək verməlidir”

“AzSigorta”da kütləvi ixtisarlar

“AzSigorta”da kütləvi ixtisarlar

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur