İctimai yerlərdə siqaret çəkmək qanunla qadağan edilməlidir- millət vəkili




Milli Məclisin Səhiiyyə Komitəsinin iclasında millət vəkili Qənirə Paşayeva ictimai yerlədə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılmasının vacib olduğunu deyib.

AFN xəbər verir ki, Qənirə Paşayeva Azərbaycanda “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanunun qəbul edilməsinə ehtiyac olduğunu və bu qanunun artıq müzakirəyə çıxarılması və qəbul edilməsinin vacibliyini vurğulayıb: "Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən qorumaq məqsədilə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunlar qəbul edirlər".

Bu qanunun qəbulunun vacibliyi ilə bağlı mütəxəssis rəylərindən danışan millət vəkili bildirib ki, insanlarımızın, özəlliklə gənclərimizin siqaretin zərərli təsirlərindən qorunması istiqamətində daha çox addımlar atmalıyıq və bu qanun mühüm addımlardan biri olar. O, eyni zamanda 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışının qanunvericiliklə qadağan edilməsinə baxmayaraq, bu problemin hələ də qalmasının ciddi narahatlıq yaratdığını deyib: "Ona görə hesab edirəm ki, ictimai yerlərdə18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəanın icrası məsələsi öz həllini tapmalı və bununla bağlı məsuliyyət də gücləndirilməlidirr”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu