Gəncədə 28 yaşlı hamilə qadın dünyasını dəyişib




Goranboy rayon sakini Gəncədə xəstəxanada ölüb. Hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında qeydə alınıb.

Məlumata görə, Goranboy rayon sakini, 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı “sol partlamış boru hamiləliyi” diaqnozu ilə ağır vəziyyətdə xəstəxananın ginekologiya şöbəsinə çatdırılıb. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümükün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu