Bakıda ayı 10 min manata kirayə mənzillər




“Bakıda aylıq kirayə qiyməti 10 min manat olan bağ evləri var”

Bunu AzVision.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Ekspertin sözlərinə görə, bağ evləri ilə yanaşı paytaxtda aylıq ödənişi 4000-5000 manat olan bina evlərinə də rast gəlmək mümkündür.

“Bahalı kirayə evlərdə qalanlar üçün əsas istək mənzilin kommunal şəraitinin yaxşı, rahatçılğın yüksək olmasıdır. Yüksək məbləğli kirayə evlərdə ən çox 10-15 gün qalırlar. Bundan əlavə Bakıda aylıq ödənişi 4000-5000 manata kirayə mənzillər də təklif olunur. Bəzi hallarda qiymətlər daha yüksək olur.

Bağ evlərinin kirayə qiymətləri evin yerləşdiyi ərazi və şəraitinə görə dəyişir. Həmçinin daha yüksək qiymətə olan bağ evlərinə də rast gəlmək mümkündür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu