Yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi bu il başlayacaq




Son illər ərzində 100-ə yaxın qaçqın qəsəbəsi inşa edilib. İki yüz mindən çox məcburi köçkün o binalara yerləşdirilib. Bütövlükdə isə son illərdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədlərinə 5 milyard manatdan çox vəsait ayrılıb.

Bunu regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.

Dövlətimizin başçısı bildirib ki, bu il yeni binalar tikilməlidir. Yerlər ayrılıb. Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulur: “Çünki orada artıq infrastruktur var və əlavə infrastruktura vəsait qoymağa ehtiyac yoxdur. Eyni zamanda, tapşırıq verilib ki, bu il Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, biz bu il və bundan sonrakı illərdə bu yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq. Bir daha demək istəyirəm ki, bütün müvafiq göstərişlər verilib. İndi hesablamalar, layihələndirmə işləri aparılır. Ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də bir ay ərzində artıq praktiki tikinti işləri başlanmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu